Əfsanəvi sevgilər

  • Sevgi
Sevgi: dəli, fırtınalı bir duyğu, sevəni hər şeyə təhrik edən, bitdiyində isə öldürən bir hissdir. İnsanlıq tarixi sevgi ucbatından xəstə, dəli olan, özünü öldürən, yataqlara düşən adlarla doludur. 
Romeo və Culyetta. Uilyam Şekspirin qəhrəmanları Romeo və Culyetta dünyanın ən məşhur aşiqləridir. Düşmən ailənin övladları olan gənclər ilk görüşdə bir-birilərini sevib hər şeyi gözə alaraq evləniblər. Vaxtsız ölümləri iki düşmən ailəni bir araya gətirən yeganə hadisə olub.
Kleopatra və Mark Antoni. Bu gənclərin sevgisi bir zamanların ən təsirli sevgisi olub. İki tarixi şəxsiyyətin sevgisi sonradan Şekspir tərəfindən dram şəklində qələmə alınaraq bir çox yerdə səhnələşdirilmişdi. İlk görüşdə bir-birinə aşiq olan bu iki gəncin sevgisi ölkələri Misiri güclü hala gətirir.
Davamı →

Əfsanəyə çevrilən sevgilər

  • Sevgi

Onlar sevginin simvollarına çevriliblər. Bu yazıda dünya tarixində ən məşhur sevgi hekayətlərindən danışacağıq. Onlar real şəxsiyyətlər olublar. Seviblər, sevgiləri kitablara düşüb, dastana çevrilib.

Dünyanın ən məşhur sevgi dastanları :

Əsl Romeo və Culyetta-  Mark Antoni və Kleopatra (eramızdan əvvəl, Roma və Misir)
Məhəbbətləri o qədər güclü olub ki, onları ayırmaq üçün müharibə başlayıb. Mark Antoni Kleopatraya olan sevgisi ucbatından Roma ordusunu Misirə gətirmişdi. Amma onlar ayrılmaqdansa, ölümü üstün tutdular: real Romeo və Culyetta məhəbbəti.

Napoleonsayağı eşq- Napoleon və Jozefina (XIX əsr, Fransa)
Napoleon gözəl Jozefinaya ilk baxışdan vurulur, amma sevgisini etiraf etmək üçün illərlə gözləməli olur. Evləndikdən sonra xəyanət və faciə ilə dolu şiddətli bir məhəbbət yaşayırlar. Jozefina varis dünyaya gətirə bilmədiyinə görə, Napoleon onu tərk edib başqa qadınla evləndi. Jozefina öldü. Amma Napoleon onu unuda bilmədi.


Ardı →